• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank:müştərilərimizintəhlükəsizliyiəsasprioritetimizdir

Unibank:müştərilərimizintəhlükəsizliyiəsasprioritetimizdir
24.10.2025 11:54

 

 

Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarınınqorunmasını əsas məsuliyyəti hesab edir. Son dövrlərdədələduzluq sxemlərinin müxtəlif formalarla artması fonundaBank genişmiqyaslı təhlükəsizlik tədbirləri və maarifləndiricikampaniyalar həyata keçirir. Məqsəd - həm fırıldaqçılıqcəhdlərini qabaqlamaq, həm də müştərilərin riskləri vaxtındatanımasına kömək etməkdir.

Bankın gördüyü əsas təhlükəsizlik tədbirləri:

• 24/7 Fraud Monitoring (fırıldaqçılıq monitorinqi):Tranzaksiyaları avtomatik analiz edən sistemlər şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyat sahiblərinə xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatı dəqiqləşdirmək üçün zəng edilir.

• Analitika komandası: Rəqəmsal dələduzluq hallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraq yeni fraud ssenarilərini təhlil edir, yaranmış halları analiz edərək uyğun həll yolları hazırlayır. Mövcud risklərə uyğun olaraq effektiv qabaqlayıcı həll yollarıformalaşdırılır. 

• 3D Secure və tokenizasiya: Onlayn ödənişlərdə əlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsiz saxlanması üçün tokenləşdirmə texnologiyası tətbiq olunur.

• Mobil tətbiqdə ödəniş nəzarəti: Müştəriyə kartı bir toxunuşla bloklama/aktivləşdirmə, gündəlik limitlərin təyini və əməliyyat bildirişləri funksiyaları təqdim edilir.

• Biometrik və çoxfaktorlu autentifikasiya: Hesab girişləri və kritik əməliyyatlar üçün təhlükəsizlik qatları davamlı gücləndirilir.

• İstənilən şübhəli halların operativ araşdırılması:Bankın təhlükəsizlik komandası və müştəri xidmətləri şübhəli əməliyyatları dərhal araşdırır və müvafiq prosedurlarını tətbiq edir.

• Rəsmi, doğrulanmış kanallar: Unibank yalnız mavi nişanlı rəsmi sosial səhifələr vasitəsilə elanlar edir; bank tərəfindən göndərilən rəsmi bildirişlər həmişə identifikasiyalı kanallardan gəlir.

Müştərilər üçün praktik tövsiyələr: 

• Məlumatlarını heç kəslə paylaşma! Kart nömrəsi, CVV və mobilə gələn 3D Secure kodunu heç kimə vermə.

• SMS-dəki 3D Secure mətnini yoxla: Kod gələn SMS-də ticarət məntəqəsinin adı və məbləğ sənin ödəmənlə üst-üstə düşməlidir.

• Pul köçürmə təkliflərinə diqqət et: Kartdakı vəsaitləri digər hesaba köçürməyi təklif edən şəxslərə mütləq imtina et.

• Rəsmi səhifələri izlə: Sosial mediada yalnız “Unibank”ınmavi nişanlı səhifələrini izlə və şübhəli mesajları yoxla.

• Şübhəli kredit, kart, uduşlu kampaniyalara inanma:Sosial şəbəkələrdən gələn “xüsusi təklif” və ya “sənə aid hesab” tipli mesajlara daxil olma.

• Bank adından zəng etsələr belə məlumat vermə: Bank əməkdaşı heç vaxt kartın tam nömrəsi, CVV və ya SMS-kod istəmir.

Əgər şübhəli əməliyyat görsəniz - nə etməli?

Dərhal Unibank mobil tətbiqindən kartınızı bloklayın və ya 117 Müştəri xidməti ilə əlaqə saxlayın, bankın rəsmi sosial şəbəkələri üzərindən müraciət edin.  

Təhlükəsizlik həm bankın, həm də hər bir müştərinin birgə məsuliyyətidir. Birlikdə güclüyük!

Unibank – Sənin Bankın!

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol