• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat

“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
03.11.2026 12:48

Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır. Vaxtilə nazirlərdən biri tərəfindən səsləndirilən bu fikri xatırladan deputat Qüdrət Həsənquliyev Azərbaycanda kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac olduğunu açıqlayıb. Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisin iclasında çıxışı zamanı səsləndirib.

Deputat hesab edir ki, mövcud kadr problemini beş il ərzində həll etmək mümkün olmayacaq.

Deputat bildirib ki, sovet dövründə Azərbaycanda ali təhsil müəssisələri arasında İqtisad Universiteti və Gəncədə yerləşən indiki Azərbaycan Dövlət Aqrar Universiteti xüsusi yer tuturdu.

O universitetlərin beynəlxalq reytinqlərinə də toxunub. Bildirib ki, İqtisad Universiteti dünya reytinqində 634-cü, Azərbaycan Dövlət Aqrar Universiteti isə 565-ci yerdə qərarlaşıb.

“Bu müqayisəni ona görə aparıram ki, Aqrar Universitetdə də vəziyyəti dəyişmək mümkündür və bunun üçün sadəcə olaraq ciddi işlər görülməlidir”, - deputat bildirib.

Qüdrət Həsənquliyev İqtisad Universitetində bəzi ixtisaslar üzrə keçid ballarının 600-dən yüksək olduğunu, Aqrar Universitetdə isə kənd təsərrüfatı üçün vacib ixtisaslarda bu göstəricinin xeyli aşağı qaldığını diqqətə çatdırıb.

O, bu ilin qəbul göstəricilərini misal gətirərək bildirib ki, aqronomluq ixtisası üzrə keçid balı 169,6, aqromühəndislik üzrə 177,2, su bioehtiyatları və akvakultura üzrə 151,5, baytarlıq təbabəti üzrə 153,4, bitki mühafizəsi üzrə isə 178,1 olub.

“Yəni bu cür aşağı ballar toplayan biliyə malik uşaqlarla düşünmürəm ki, bu sahədə köklü dəyişikliklərə nail ola bilərik. Əgər doğrudan da bu universitet ciddi şəkildə yenidən qurulmasa, orada ciddi islahatlar aparılmasa”, - deputat vurğulayıb.

O, vaxtilə nazirlərdən birinin “bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” fikrini səsləndirdiyini xatırladıb.

“Əlbəttə, ölkəyə hüquqşünaslar da lazımdır. Ona görə hüquqi dövlət qurmadan aqrar sahəni də inkişaf etdirmək çox çətindir”, - Həsənquliyev əlavə edib.

Deputatın sözlərinə görə, aqrar sahədə mütəxəssis hazırlığı məsələsinin Nazirlər Kabinetinin iclasında müzakirə olunması ilə bağlı mediada məlumatla rastlaşmayıb. O hesab edir ki, bu istiqamətdə kadr hazırlığına xüsusi diqqət ayrılmalıdır.

“Yəni bu, hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri olmalıdır. Yalnız bu yolla biz bu sahədə vəziyyəti dəyişə bilərik”, - deputat bildirib.

Qüdrət Həsənquliyev qeyd edib ki, hazırda aqroparklarda, heyvandarlıq komplekslərində və bitkiçilik təsərrüfatlarında çalışan yüksək ixtisaslı mütəxəssislərin əksəriyyəti xaricdən dəvət olunur.

“İndi gedib maraqlansanız, mən şəxsən maraqlanmışam, bizim bütün aqroparklarda, heyvandarlıq komplekslərində, bitkiçilik təsərrüfatlarında çalışan mütəxəssislərin, yüksək ixtisaslı mütəxəssislərin əksəriyyəti, xüsusilə də Türkiyədən gələn mütəxəssislərdir”, - o deyib.

Deputat əlavə edib ki, aqromühəndislik sahəsi üzrə mütəxəssislər İrandan da Azərbaycana dəvət olunur.

Həsənquliyev çıxışının sonunda aqrar sahədə kadr çatışmazlığının aradan qaldırılması üçün universitetdə əsaslı islahatların aparılmasının və mütəxəssis hazırlığına dövlət səviyyəsində diqqət ayrılmasının vacibliyini vurğulayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol