Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb

Polşa, mümkün təxribat barədə xəbərdarlıqlardan sonra Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd yaxınlığında xüsusi əməliyyata başlayıb.
Kəşfiyyat orqanları hakimiyyəti silahlı qrupların ölkəyə sızması ehtimalı barədə xəbərdar edib. Polis, ordu, sərhədçilər və xüsusi xidmət orqanları "profilaktik tədbirlər" üçün əraziyə yerləşdirilib.
Əməliyyat Varmyan-Masuriya və Podlaski voyevodalıqlarında aparılır. Cavab tədbirlərini əlaqələndirmək üçün Baş Polis İdarəsində xüsusi qərargah yaradılıb. Olştin və Belostokdakı regional polis idarələri tədbirlərdə iştirak edir.

Son xəbərlər 
Daha çox 























