Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib

Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. Bu barədə “Qafqazinfo” məlumat yayıb.
O, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
O, hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.

























