Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq
Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılması təklif edilir.
Bu təkliflə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında iqtisdiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
O deyib ki, Platformanın yaradılmasında məqsəd Türk dövlətlərinin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılması və regiondaxili bazarlara çıxış imkanlarının genişləndirilməsidir:
"Platforma üzv ölkələr arasında innovasiya, startap və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın koordinasiyasını təmin edəcək, bilik, təcrübə və texnoloji resursların paylaşımını asanlaşdıracaq vahid mexanizm rolunu oynayacaqdır. Bu təşəbbüs regionda innovativ inkişafı sürətləndirəcək və gənc sahibkarların potensialının reallaşmasına yeni imkanlar yaradacaqdır".