TƏBİB: Azərbaycanda süd vəzi xərçənginin gec aşkarlanması narahatlıq yaradır
Azərbaycanda qadınlar arasında süd vəzi xərçənginin gec mərhələdə aşkarlanması ciddi narahatlıq doğurur. Bunu TƏBİB-in İcraçı direktor müavini Anar İsrafilov deyib.
Onun sözlərinə görə, xəstəlik erkən mərhələdə aşkar olunduqda müalicə imkanları əhəmiyyətli dərəcədə artır.
“Qadınların böyük hissəsi profilaktik müayinələrə vaxtında müraciət etmir. süd vəzi xərçəngi gec mərhələdə aşkarlanan qadınlarda beşillik sağqalma göstəricisi cəmi 5–10% təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Xüsusən 60–69 yaş aralığında olan qadınların əksəriyyəti müayinələrinə cəlb olunmur”.- o oktyabrın 27-də keçirilən "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, profilaktik tədbirlərin genişləndirilməsi üçün maarifləndirmə işləri, mammoqrafiya xidmətlərinə çıxışın artırılması və bu sahədə normativ-hüquqi mexanizmlərin təkmilləşdirilməsi vacibdir.
Aytac Zeynalova