Məhkəmə Azər Maqsudovla bağlı hökm verib
Sabunçu Rayon Məhkəməsi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov haqqında hökmü açıqlayıb. Məhkəmə qərarına əsasən, Maqsudov 4 il azadlıqdan məhrumetmə cəzası alıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu barədə Qafqazinfo məlumat yayıb.
Hökmdə qeyd olunur ki, bu tip müəssisədə cəza çəkənlərə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənarda qalmağa icazə verilir.
Hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində tanınmış alim Arif Acaloğlu dünyasını dəyişib. Məhkəmə prosesi zamanı məlum olub ki, həkim barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilmiş və həbsdə olmayıb.
Aytac