• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib

"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
27.10.2025 12:48

Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə 23-24 oktyabrda media nümayəndələri üçün seminar keçirilib.

Media seminarında iştirakçılara ictimaiyyətin məlumatlandırılması və enerji siyasətlərində şəffaflığın artırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli və beynəlxalq ekspertlər enerji sektorunun üzləşdiyi əsas çətinliklər və bu çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Seminarın gedişində enerji tənzimlənməsinin ən vacib aspektləri, o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyən edilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi üzrə araşdırmalar ilə yanaşı, Aİ-nin qabaqcıl təcrübələri nəzərdən keçirilib.

Tədbirdə həmçinin səmərəli kommunikasiyanın təmin olunması üçün enerji mütəxəssisləri, dövlət qurumları və media arasında sıx əməkdaşlığın zəruriliyi vurğulanıb. 

Seminarın sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub. 


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Cəmiyyət 14:36
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
Cəmiyyət 13:36
Audiovizual Şura MTV kanalı üçün məhkəməyə müraciət edib
Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb
Cəmiyyət 12:54
Bağçalara işə qəbul üzrə keçid balları açıqlanıb
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
Cəmiyyət 12:48
"EU4Energy" layihəsi çərçivəsində media nümayəndələri üçün seminar keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:36
Sabahın hava proqnozu açıqlanıb
2 439 qadın mammoqrafiya müayinəsindən keçib - TƏBİB
Cəmiyyət 12:34
2 439 qadın mammoqrafiya müayinəsindən keçib - TƏBİB
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Cəmiyyət 12:09
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
22 regionda 3 minə yaxın qadın süd vəzi xərçəngi üzrə ilkin müayinədən keçib
Cəmiyyət 11:55
22 regionda 3 minə yaxın qadın süd vəzi xərçəngi üzrə ilkin müayinədən keçib
Məhkəmə Azər Maqsudovla bağlı hökm verib
Cəmiyyət 11:37
Məhkəmə Azər Maqsudovla bağlı hökm verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol