"Bolmart" suprmarketlər şəbəkəsinin bir filialı bağlanıb
Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin tamamilə bağlandığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
FED.az-a supermarketlər şəbəkəsinin rəhbərliyi bildirib ki, ölkə üzrə fəaliyyət göstərən filiallardan yalnız biri bağlanıb. Sözü gedən filial Təzə Bazar filialıdır və Səməd Vurğun 60 ünvanında yerləşir.
Şəbəkənin rəhbərliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, şəbəkənin 57 filialı var və digər satış nöqtələri normal fəaliyyət göstərir