Ucarda odunla dolu yük maşını aşıb - Xəsarət alanlar var
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“QAZ 53” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.Hadisə nəticəsində sürücü 62 yaşlı Ələddin Nuriyev və sərnişini müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər