Azərbaycan və Qazaxıstan qarşılıqlı ticarət missiyaları təşkil etməyi planlaşdırır
Azərbaycan və Qazaxıstan biznes dairələri iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək məqsədilə qarşılıqlı ticarət missiyaları və sərgilər keçirməyi planlaşdırır. Bunu "Gaztrade"nin icraçı direktoru Aynur Amirbekova bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, iki həftə əvvəl Astanada keçirilən biznes missiyası məhsuldar nəticələr verib.
"Tədbir çərçivəsində B2B görüşlər, dövlət və biznes nümayəndələri arasında məsləhətləşmələr və Biznes Şurası Forumu təşkil olunub. Görüşlər nəticəsində bir sıra ticarət müqavilələrinin imzalanması mərhələsinə gəlinib.
Tərəflər bu əməkdaşlığı sistemli şəkildə davam etdirməyi, həmçinin Azərbaycan məhsullarının Qazaxıstanda, Qazaxıstan məhsullarının isə Azərbaycanda təqdim ediləcəyi ticarət missiyaları və sərgilər keçirməyi planlaşdırır",- o Forumda bildirib.
Gülnar Nazimqızı