Azərbaycanda ilk dəfə meyit donorun ürəyi köçürülüb
 
            Azərbaycanda və bütövlükdə Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib. Bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bildirilib.
Nazirliyin məlumatına görə, 3 saylı Şəhər Kliniki Xəstəxanada müalicə olunan bir pasiyentə beyin ölümü diaqnozu qoyulduqdan sonra, mərhumun ailəsi orqanların bağışlanmasına razılıq verib.
“Orqan donorluğu və transplantasiyası üzrə bütün proses dərhal əlaqələndirilib və əməliyyat uğurla icra olunub,” – məlumatda qeyd olunur.
Ürək transplantasiyası Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərliyi ilə həyata keçirilib. Donor ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
Aytac
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    