• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb

Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatıb
31.10.2025 20:33

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçisi Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib.

Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.

Sonra təqsirləndirilən David Manukyan vəsatət verərək ittiham olunduğu cinayətlərlə bağlı bəzi xüsusatlarla razılaşmadığını deyib. Təqsirləndirilən şəxs cinayətkar birliyin yaradılması ilə bağlı ittihamın cinayət işinin ona aid olan epizodlarından çıxarılmasını, habelə onun barəsində olan cinayət işinin ayrıca icraata ayrılmasını xahiş edib.

David Manukyanın müdafiəçisi təqsirləndirilənin vəsatətini müdafiə etdiyini söyləyib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Fuad Musayev deyib ki, hazırda sübutların qiymətləndirilməsi mərhələsi deyil. Müdafiə tərəfinin qeyd etdiyi hal isə sübutların qiymətləndirilməsi mərhələsinə aiddir.

İttiham tərəfi qeyd olunan xüsusata məhkəmə istintaqı yekunlaşdıqdan sonra, çıxışlar zamanı fikir bildirəcəyini deyib. Eyni zamanda, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə tərəfindən sübutlara müşavirə otağında hüquqi qiymət verəcəyini də xatırladıb.

Məhkəmə zərərçəkmiş şəxslərin nümayəndələrini də dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

Sonra Madat Babayanın müdafiəçisi Leyla Namazzadə vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan bəzi epizodların çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Madat Babayan müdafiəçisi tərəfindən verilən vəsatətlə razı olduğunu bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətdə qeyd olunan halların prosesin hazırkı mərhələsinin predmetinin olmadığını xatırladaraq diqqətə çatdırıb ki, məhkəmə bunu müşavirə otağında qiymətləndirir.

Məhkəmə vəsatətdə qeyd olunan hallara müşavirə otağında baxılaraq qiymətləndiriləcəyini bildirib və vəsatəti baxılmamış saxlayıb.

Təqsirləndirilən Bako Sahakyan isə ötən iclasda təqdim etdiyi sübutların tədqiqi ilə bağlı müdafiəçisinin suallarını cavablandırıb.

Bundan sonra Levon Mnatsakanyanın müdafiəçisi təqsirləndirilən şəxslə görüşərkən hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə əlavə olunması üçün ona şəxsi arxivindən bir neçə sənəd verdiyini bildirib və onları məhkəməyə təqdim edib.

Təqsirləndirilən Levon Balayanın vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək istədiyini deyib.

Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını bildirib.

Məhkəmə iclasının sonunda iclasa sədrlik edən məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Tərəflər məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməyiblər.

Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev ittiham tərəfinin məhkəmə baxışı zamanı təqdim olunan sübutlarla kifayətləndiyini bildirib.

Məhkəmə iclasına sədrlik edən məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxışlar zamanı tərəflərin yalnız məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə biləcəyini bir daha proses iştirakçılarının diqqətinə çatdırıb.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış üçün noyabrın 3-dək vaxt verilməsini məhkəmədən xahiş ediblər.

Növbəti iclasda tərəflərin çıxışlarına başlanılması qərara alınıb.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol