Balakənin keçmiş icra başçısı həbs edilib
 
            Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.
Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Daha sonra o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Son xəbərlər             
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
Daha çox             
        
     
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    