Həftəsonu yollarda diqqətli olun - BDYPİ-dən ÇAĞIRIŞ
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu istirahətə çıxan sürücülərə müraciət edib.
Nazirlikdən bildirilib ki, həftəsonları paytaxt və bölgələr arasında nəqliyyat hərəkəti intensivləşir. Bu səbəbdən magistral və əsas avtomobil yollarında sıxlıq artır və qəza riski yüksəlir.
Müraciətdə qeyd olunur: “Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidməti intensivləşdirilib. Lakin bəzi sürücülər tərəfindən qaydalara əməl edilməməsi, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir.
Sürücülərdən avtomobilin texniki sazlığını yola çıxmazdan öncə yoxlamaq, nasaz nəqliyyat vasitəsi ilə hərəkət etməmək, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət etmək tələb olunub. Həmçinin hava şəraiti və yolun vəziyyətinin nəzərə alınması, uzun məsafələrdə fasilələrlə hərəkət edilməsi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək vacib hesab edilib".
Son xəbərlər
Daha çox