• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

İcbari Tibbi Sığorta Fondunun xərcləri azalıb

İcbari Tibbi Sığorta Fondunun xərcləri azalıb
04.11.2025 11:50

İcbari Tibbi Sığorta Fondunun xərcləri 2025-ci illə müqayisədə 320,2 milyon manat (10,9%) azalıb və 2,6 milyard manat təşkil edib.  Bu göstərici 2024-cü illə müqayisədə 406,9 milyon manat və ya 18,4% çoxdur. Bunu maliyyə naziri Sahil Babayev bildirib.

Naxçıvan Muxtar Respublikasının gəlirləri və xərcləri 2025-ci illə müqayisədə 22 milyon manat (0,7%) az olmaqla 483,2 milyon manat olub. 2024-cü illə müqayisədə gəlirlər 36,4 milyon manat (8,1%), xərclər isə 53,6 milyon manat (12,5%) artıb.

Dotasiya 211,6 milyon manat səviyyəsində müəyyən edilib, bu da 2025-ci ilə nisbətən 74,1 milyon manat (25,9%) az, 2024-cü ilə nisbətən isə 26,4 milyon manat (14,3%) çoxdur.

Babayev qeyd edib ki, Muxtar Respublikanın gəlirləri 52 milyon manat (23,7%) artıb, xərcləri isə 22 milyon manat optimallaşdırılıb, nəticədə dotasiya 74,1 milyon manat azalıb.

Nazir əlavə edib ki, dövlət büdcəsinin idarəçiliyində rəqəmsallaşma və nəticəəsaslı yanaşma genişləndirilir. 2025-ci ildən OMXÇ və nəticə əsaslı büdcə mexanizmi sosial müdafiə və sosial təminat sektoruna da tətbiq olunacaq, 2029-cu ilədək isə 8 funksional bölməni əhatə edəcək.

Xəzinə müşayiəti təxminən 100%-ə çatdırılıb, maliyyə əməliyyatları e-büdcə, e-mühasibatlıq, e-müqavilə, e-xəzinədarlıq, e-nəzarət və icmal sistemləri ilə tam elektron müstəviyə keçib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəmiyyət 14:20
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol