Az gəlirli vətəndaşlar da vergi ödəyəcək
Qeyri-neft və qaz sektorunda əməkhaqlarının mərhələli şəkildə vergiyə cəlb olunması təklif olunub. Bunu 2026-ci ilin dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"1 yanvar 2026-cı ildən qüvvədə olan vergi güzəştlərinin müddəti başa çatır. Güzəştlərin sosial-iqtisadi məqsədlərinə artıq nail olunub və bundan sonra əsas məqsəd əmək bazarının rəsmiləşməsində əldə edilən nəticələrin qorunması və vergi inzibatçılığının gücləndirilməsi olacaq. Əmək münasibətlərinin leqallaşması prosesinin davamı üçün münbit şəraitin qorunması vacibdir. Bu məqsədlə aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi, qeyri-neft və qaz sektorunda əməkhaqlarının mərhələli şəkildə vergiyə cəlb olunması təklif olunub,” — Cabbarov deyib.
Nazir vurğulayıb ki, bu məsələ ilə bağlı fərqli baxışlar mövcud olub, lakin təqdim edilən sənəd hökumət strukturları arasında vahid mövqeyi əks etdirir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox