Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq
2026-cı ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə subsidiya ayrılmayacaq.
Bu barədə 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Belə ki, 2026-cı ildə proqnozlaşdırılan subsidiyalar 8 funksional sahəni əhatə etmiş, cari ildən fərqli olaraq "Sosial müdafiə və sosial təminat" bölməsi üzrə subsidiya proqnozlaşdırılmayıb.