• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq

Deputat: Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq
05.11.2025 11:27

Azərbaycanın mədəni və iqtisadi potensialı liberal iqtisadiyyat modeli üçün əlverişlidir, lakin bu, liberal siyasi sistemin formalaşmasına zəmin yaratmır. Bunu Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Erkin Qədirli  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

“Azərbaycan xalqının mədəniyyəti liberal iqtisadiyyat modeli üçün çox yararlıdır. Xalq çalışqandır, ticarəti bacarır, ailəsini dolandırmaq üçün motivasiyalıdır. İqtisadi islahatları düşünərkən deyə bilərəm ki, ölkə iqtisadiyyatı liberallaşdırılmalıdır. Lakin nəzarət və mərkəzləşdirmə cəhdləri inkişafı əngəlləyir,” – Qədirli vurğulayıb.

Deputat qeyd edib ki, xalqın bu iqtisadi davranış ənənələri paradoksal şəkildə liberal siyasi sistemin, o cümlədən parlament respublikası modelinin formalaşmasına mane olur.


“Azərbaycan üçün parlament respublikasını qurmaq alınmayacaq. Cəhdlər olub, amma nəticə verməyib. Liberal iqtisadiyyat mümkündür, amma parlament respublikası deyil", - o bildirib. 

Qədirli həmçinin Azərbaycanın sosial dövlət modeli ilə bağlı fikirlərə də münasibət bildirib.


“Çox zaman eşidirik ki, Azərbaycan sosial dövlətdir. Amma bu, nə Konstitusiyaya görə, nə də iqtisadi göstəricilərə görə belə deyil. Dünya Bankının 2024-cü il məlumatına əsasən, Azərbaycanda toplanan vergilərin ÜDM-ə nisbəti 19 faizdir, ABŞ-da isə bu göstərici 34 faizdir. Amma ABŞ sosial dövlət deyil. Sosial dövlət olan ölkələrdə bu nisbət 40 faizi aşır", - deputat əlavə edib.

Onun sözlərinə görə, sosial dövlət ideyası ehtiyatla yanaşılmalı anlayışdır.


“Sosial dövlət o deməkdir ki, dövlət daha çox vergi toplayaraq vətəndaşların rifahını birgə təmin etməyə çalışır. Amma bu, bizim Konstitusiyanın ruhuna uyğun gəlmir", - Qədirli əlavə edib. 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol