• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

İmişlidə hamilə qadın xəstəxanada ölüb - Yenilənib

İmişlidə hamilə qadın xəstəxanada ölüb - Yenilənib
10.11.2025 11:58

Dünən saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən məlumat verilib.

Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.

***

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

APA-nın məlumatına görə, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:11
Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
İmişlidə hamilə qadın xəstəxanada ölüb - Yenilənib
Cəmiyyət 11:58
İmişlidə hamilə qadın xəstəxanada ölüb - Yenilənib
Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib
Cəmiyyət 10:54
Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib
Şahbuzda 66 yaşlı kişi arı sancmasından ölüb
Cəmiyyət 10:41
Şahbuzda 66 yaşlı kişi arı sancmasından ölüb
Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib
Cəmiyyət 09:53
Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib
Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - Video
Cəmiyyət 09:52
Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - Video
Ağdaşda zəlzələ baş verib
Cəmiyyət 08:58
Ağdaşda zəlzələ baş verib
Sabah maqnit qasırğası olacaq
Cəmiyyət 23:00
Sabah maqnit qasırğası olacaq
Rusiyada azərbaycanlı yeniyetmə öldürülüb
Cəmiyyət 22:10
Rusiyada azərbaycanlı yeniyetmə öldürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol