• $
  • €
  • ₽
  • ₺
  • £

Çində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti təxminən 8 dollar olacaq

Çində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti təxminən 8 dollar olacaq
10.11.2025 09:07

Gələcəkdə Şanxayda 10 dəqiqəlik hava taksisi uçuşunun qiyməti 59 yuan (təxminən 8,3 ABŞ dolları) təşkil edəcək.Bu barədə Şanxay Televiziyası məlumat yayıb. Plan Vertaxi şirkəti tərəfindən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) təqdim olunub.

Şirkətin təqdim etdiyi nəqliyyat vasitəsi elektriklə işləyən, şaquli qalxış və eniş edə bilən uçan aparatdır. Vertaxi nümayəndələrinin sözlərinə görə, belə taksi ilə 10 dəqiqə ərzində nəhəng şəhərin yarısını qət etmək mümkündür. Məsələn, Honçyao nəqliyyat qovşağından şəhərin mərkəzində yerləşən Luçyatszuy biznes rayonuna qədər. Müqayisə üçün, bu məsafəni avtomobillə getmək təxminən 40 dəqiqə çəkir.

Hazırlayıcı şirkətin hesablamalarına əsasən, ilkin mərhələdə tariflər adi taksi qiymətlərindən bir qədər yüksək olacaq, lakin uçuş marşrutlarının genişlənməsi ilə qiymətlər kəskin şəkildə aşağı düşəcək. Qısa məsafəli uçuşların qiyməti 50 yuandan (təxminən 7 dollar), şəhərlərarası reyslər isə 100 yuandan (təxminən 14 dollar) başlayacaq.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol