Metronun "Nərimanov" stansiyasının 4-cü çıxışı təmirə bağlanılıb
"Bakı Metropoliteni" QSC “Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb. Bu barədə QSC-dən bildirilib.
Qurum təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələrini xahiş edir.
İşlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulur.