• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

2026-cı ildə kənd təsərrüfatı subsidiyaları və dəstək proqramları azalacaq – Nazir

2026-cı ildə kənd təsərrüfatı subsidiyaları və dəstək proqramları azalacaq – Nazir
13.11.2025 11:55

Azərbaycan 2026-cı ildə kənd təsərrüfatı subsidiyalarına ayrılan vəsaitin bir hissəsini azaldacaq. Bu barədə parlamentdə büdcə müzakirələri zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Onun sözlərinə görə, əkin subsidiyası üzrə 2026-cı il üçün 290 milyon manat nəzərdə tutulur, bu isə cari illə müqayisədə 6 milyon manat və ya 2% az, 2024-cü ilin faktiki icrası ilə müqayisədə isə 16 milyon manat və ya 5% çoxdur.

Məhsul subsidiyaları üçün 66 milyon manat, toxumçuluq və tingçilik təsərrüfatlarına dəstək üçün isə 8,4 milyon manat ayrılması planlaşdırılır.

Heyvandarlığın inkişafı çərçivəsində damazlıq heyvanların güzəştli satışı üçün 17,3 milyon manat, süni mayalanma nəticəsində əldə edilən hər bir bala görə fermerlərə 100 manat subsidiya ödəniləcək. Bu məqsədlə növbəti il üçün 30,3 milyon manat ayrılıb.

Texnika, texnoloji avadanlıq və müasir suvarma sistemlərinin güzəştlə alınmasına dair proqram davam edəcək. Güzəştlərin ödənilməsi üçün 90 milyon manat nəzərdə tutulub.

Baytarlıq tədbirləri və peyvəndlərin alınması üçün 31 milyon manat, bitki mühafizəsi və aqrokimyəvi analizlər üçün 14 milyon manat, elektron kənd təsərrüfatı informasiya sisteminin genişləndirilməsi üçün isə ümumilikdə 7 milyon manat ayrılacaq.

Nazirlik bildirir ki, görülən tədbirlər aqrar sahənin dayanıqlı inkişafına, məhsuldarlığın artımına və fermerlərin gəlirlərinin yüksəlməsinə xidmət edəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
İqtisadiyyat 16:30
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
İqtisadiyyat 14:21
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb
İqtisadiyyat 13:20
18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
İqtisadiyyat 12:17
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
İqtisadiyyat 10:10
TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:03
Qızıl bahalaşıb
Avro dəyişməz qalıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro dəyişməz qalıb, rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol