Deputat regionalarda sahibkarlara vergi güzəştlərinin olmasını təklif edir
Son dövrlərdə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınır və ölkənin turizm potensialı xaricdə daha intensiv şəkildə təbliğ olunur. Bunu deputat Göydəniz Qəhrəmanov büdcə haqqında qanuna münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yaxın illərdə turist axınının daha da yüksələcəyi gözlənilir.
Qəhrəmanov hesab edir ki, regionlarda vergi güzəştlərinin tətbiqi həm turizm sektorunun inkişafını sürətləndirər, həm də yeni iş yerlərinin açılmasına şərait yaradar.
Deputat bu addımın regional iqtisadi fəallığı artıracağını və turistik baxımdan əlavə imkanlar yaradacağını vurğulayıb.
Gülnar Nazimqızı