• $
  • £

Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açılıb - Yenilənib

Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açılıb - Yenilənib
21.11.2025 22:59

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğda cinayət işi açılıb.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildiriib ki,Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

***

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 3 nəfər tüstüdən boğularaq ölüb, 15 nəfər zəhərlənib.Bu barədə Anews.az -a TƏBİB-dən məlumat verilib.

"21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb",- məlumatda bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Nazirlikdən verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.Bu barədə FHN-dən bildirilib.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 15:37
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Cəmiyyət 15:15
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol