• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb

Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb
23.11.2025 16:32

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.

"Report"un məlumatına görə, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft Dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Fakt Baş Prokurorluğun mətbuat xidməti tərəfindən təsdiqlənib. Bildirilib ki, əlavə məlumat veriləcək.

Hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək
Cəmiyyət 11:53
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək

Şərurun üç kəndində qaz kəsilib
Cəmiyyət 11:28
Şərurun üç kəndində qaz kəsilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 11:21
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Cəmiyyət 10:45
"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Sürət həddi endirilib
Cəmiyyət 10:23
Sürət həddi endirilib
Əziz Orucov azadlığa çıxıb
Cəmiyyət 10:00
Əziz Orucov azadlığa çıxıb
Horovluya növbəti 38 ailə köçürülüb
Cəmiyyət 07:59
Horovluya növbəti 38 ailə köçürülüb
Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Cəmiyyət 23:49
Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Cəmiyyət 23:04
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol