• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Baş Prokurorluqdan Yasamaldakı yanğınla bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluqdan Yasamaldakı yanğınla bağlı XƏBƏRDARLIQ
23.11.2025 17:09

Baş Prokurorluq Yasamalda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı xəbərdarlıq edib.

Prokurorluq media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildirir ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlığa səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.

Qeyd olunub ki, bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.

İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək
Cəmiyyət 11:53
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək

Şərurun üç kəndində qaz kəsilib
Cəmiyyət 11:28
Şərurun üç kəndində qaz kəsilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 11:21
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Cəmiyyət 10:45
"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Sürət həddi endirilib
Cəmiyyət 10:23
Sürət həddi endirilib
Əziz Orucov azadlığa çıxıb
Cəmiyyət 10:00
Əziz Orucov azadlığa çıxıb
Horovluya növbəti 38 ailə köçürülüb
Cəmiyyət 07:59
Horovluya növbəti 38 ailə köçürülüb
Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Cəmiyyət 23:49
Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Cəmiyyət 23:04
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol