Almaniya 17 azərbaycanlını readmissiya qaydasında geri qaytarıb
Noyabrın 25-də 17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya çərçivəsində ölkəyə qaytarılıb. Bu barədə məlumatı Dövlət Miqrasiya Xidməti yayıb.
Qaytarılma prosesi Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyasına dair Sazişə əsaslanır.
Azərbaycan son illər readmissiya proseslərini dəstəklədiyini və geri qəbul olunan şəxslərin reinteqrasiyası ilə bağlı sosial proqramların həyata keçirildiyini bildirir.
Aytac
Son xəbərlər
Daha çox