• $
  • £

Luvrdakı oğurluğa görə daha bir nəfər saxlanılıb

Luvrdakı oğurluğa görə daha bir nəfər saxlanılıb
25.11.2025 20:30

Parisin məşhur Luvr muzeyində baş vermiş irimiqyaslı oğurluqla bağlı daha bir şübhəli saxlanılıb.Bu barədə xarici KİV məlumat yayıb.

Paris polisinin məlumatına görə, 19 oktyabrda muzeydən qiymətli tarixi zinət əşyalarının oğurlanması ilə əlaqəli olduğu iddia edilən dördnəfərlik dəstənin son üzvü də tutulub.

Bildirilib ki, saxlanılan şəxs əvvəllər həbs olunan 3 nəfərlə əlaqəlidir və Parisin “Seine-Saint-Denis” bölgəsində yaşayır. Onun barəsində “mütəşəkkil cinayətkarlıq” və “cinayət ortaqlığı” maddələri üzrə araşdırma aparılır. Şübhəlinin kimliyi açıqlanmır.

Qeyd edək ki, ötən ay baş verən oğurluq hadisəsi Luvrun “Apollon qalereyası”nda – Krallıq zinət əşyalarının sərgiləndiyi bölmədə baş vermişdi. Oğrular ümumilikdə 9 qiymətli əşyanı götürərək muzeyi tərk etmişdilər. Qaçarkən düşən imperatriçə Yevgeniyaya məxsus tac isə zədələnmiş şəkildə muzeyin yaxınlığında tapılmışdı.

Oğurluq əməliyyatının cəmi 7 dəqiqə sürdüyü, aparılan ilkin hesablamalara görə, oğurlanan əsərlərin dəyərinin 88 milyon avroya yaxın olduğu bildirilir. Hadisədən sonra Luvr rəhbərliyi təhlükəsizlik sistemində ciddi boşluqlar olduğunu etiraf edib və bir sıra qiymətli eksponatlar Fransa Bankına köçürülüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Venesuelada 7 günlük matəm elan edilib
Dünya 22:53
Venesuelada 7 günlük matəm elan edilib
Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib
Dünya 22:11
Vens İrana qarşı müharibə ehtimalını istisna etməyib
İsrail HƏMAS-ın raket buraxılış qurğularını məhv edib
Dünya 22:00
İsrail HƏMAS-ın raket buraxılış qurğularını məhv edib
İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4300-ə yaxınlaşır
Dünya 21:40
İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4300-ə yaxınlaşır
İsti hava Eyfel qülləsini əyir və uzadır
Dünya 15:16
İsti hava Eyfel qülləsini əyir və uzadır
Kriptovalyuta Tramp ailəsinə 1,4 milyard dollardan çox qazandırıb
Dünya 09:51
Kriptovalyuta Tramp ailəsinə 1,4 milyard dollardan çox qazandırıb
İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Dünya 23:59
İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü keçib
Dünya 23:27
Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü keçib
Suriya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Dünya 22:47
Suriya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol