• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Azərbaycana turist axını azalıb

Azərbaycana turist axını azalıb
26.11.2025 16:43

2025-ci ilin  yanvar-oktyabrında Azərbaycana 183 ölkədən 2 milyon 171,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 24,4 %-i Rusiya, 17,4 %-i Türkiyə, 8 %-i İran, 6,6 %-i Hindistan, 4,3 %-i Səudiyyə Ərəbistanı, 4,2 %-i Gürcüstan, 4 %-i Qazaxıstan, 3,4 %-i Pakistan, 2,6 %-i Çin, 2,4 %-i İsrail, 2,3 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olublar.

Gələnlərin 66,4 %-ini kişilər, 33,6 %-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Çindən - 49,4 %, Qırğızıstandan - 37,3 %, Özbəkistandan - 35,8 %, Qazaxıstandan - 19,4 %, Almaniyadan - 17 %, Kanadadan - 16,7 %, ABŞ-dan - 16,4 %, İtaliyadan - 16,3 %, Pakistandan - 12,7 %, Cənubi Koreyadan - 11,8 % artıb.

2024-cü ilin yanvar-oktyabrı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 % artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 % azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 % azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 % artaraq 976,7 min nəfər təşkil edib.

Gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 %-i hava, 22,4 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana turist axını azalıb
Cəmiyyət 16:43
Azərbaycana turist axını azalıb
DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Cəmiyyət 16:00
DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə ciddi pozuntulara görə iki əməkdaşı işdən azad edib
Cəmiyyət 15:46
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə ciddi pozuntulara görə iki əməkdaşı işdən azad edib
Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
Cəmiyyət 15:04
Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
ATV kanalı qanunu pozduğu üçün xəbərdarlıq alıb
Cəmiyyət 14:51
ATV kanalı qanunu pozduğu üçün xəbərdarlıq alıb
Azərbaycan kirayə gəlirləri üzrə vergi dərəcəsini 14%-dən 10%-ə endirməyi planlaşdırır
Cəmiyyət 14:23
Azərbaycan kirayə gəlirləri üzrə vergi dərəcəsini 14%-dən 10%-ə endirməyi planlaşdırır
“Azersun Holding” dayanıqlı inkişaf istiqamətində yeni layihələrini həyata keçirməyə davam edir
Cəmiyyət 14:06
“Azersun Holding” dayanıqlı inkişaf istiqamətində yeni layihələrini həyata keçirməyə davam edir
“Şabalıd işi”media üçün qapadılıb - Məhkəmə
Cəmiyyət 13:37
“Şabalıd işi”media üçün qapadılıb - Məhkəmə
Sumqayıtda təmirə görə müvəqqəti qaz olmayacaq
Cəmiyyət 12:44
Sumqayıtda təmirə görə müvəqqəti qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol