DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun əməkdaşları tarix, informatika və məntiq fənlərindən test imtahanına cəlb etdiyi iddia olunur. Məlumatlara görə, icra başçısı bunun Dövlət İmtahan Mərkəzinin (DİM) tələbi olduğunu bildirib və nəticələrin quruma göndəriləcəyini, zəif bal toplayanların işdən çıxarılacağını deyib.
Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu istiqamətdə onların hər hansı tələbi yoxdur.
"Bununla bağlı quruma hər hansı məlumat daxil olmayıb”, - cavabda qeyd olunub.
İşçilərin sözlərinə görə, icra başçısı vaxtaşırı bilik səviyyəsini yoxlamaq adı altında onlara əmək müqavilələrinə xitam verilməsi üçün təzyiq göstərir.
Bu barədə məlumatı ilk Sitatinfo.az yayıb.