• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

“Azərsun Holdinq”dən doğma dilimizə dəstək

“Azərsun Holdinq”dən doğma dilimizə dəstək
27.11.2025 11:53

Fəaliyyətə başladığı gündən ölkəmizin tarixi, mədəniyyəti və dəyərlərinə  xüsusi həssaslıqla yanaşan “Azərsun” bu istiqamətdə yüzlərlə layihə reallaşdırıb. 

Bu dəfə adıçəkilən şirkətlər qrupu Azərbaycan dilinə dəstək məqsədilə wikisun.az layihəsini həyata keçirir. 

Bu çərçivədə “Azərsun” əməkdaşları ötən il ərzində 3556-sı Vikipediyaya yerləşdirilməklə, ümumilikdə Azərbaycan dilində 12 minə yaxın ensiklopedik məqalə hazırlanıb. 

İnternetdə Azərbaycan dilində ensiklopedik məqalə sayının artırılması məqsədilə həyata keçirilən layihə iki mərhələdən ibarət olub.

 İlk mərhələdə əməkdaşlar arasında viktorina təşkil edilərək, məqalələrin yazılması təmin edilib.

İkinci mərhələdə isə məqalələr arasından tələblərə cavab verənlər peşəkar mütəxəssislər tərəfindən seçilərək, Vikipediyaya əlavə edilib.

Müasir dünyada bir dilin dəyəri həmin dildə mövcud olan məlumatların çoxluğu ilə ölçülür. 

Bu reallığı nəzərə alaraq “Azərsun Holdinq” internetdə Azərbaycan dilində müxtəlif ensiklopedik məqalələrin sayının artırılması istiqamətində layihələr reallışdırmağa davam edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək
Cəmiyyət 11:53
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək

Şərurun üç kəndində qaz kəsilib
Cəmiyyət 11:28
Şərurun üç kəndində qaz kəsilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 11:21
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Cəmiyyət 10:45
"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs edilib
Sürət həddi endirilib
Cəmiyyət 10:23
Sürət həddi endirilib
Əziz Orucov azadlığa çıxıb
Cəmiyyət 10:00
Əziz Orucov azadlığa çıxıb
Horovluya növbəti 38 ailə köçürülüb
Cəmiyyət 07:59
Horovluya növbəti 38 ailə köçürülüb
Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Cəmiyyət 23:49
Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Cəmiyyət 23:04
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol