Azəebaycan elminin qarşısında çox ciddi problemlər var - AMEA-nın vitse prezidenti
Konstitusiya ili çərçivəsində aparılan hesabatlar ölkənin kibersuverenliyini aktuallaşdırır və dil məsələsini yalnız mədəni yox, milli təhlükəsizlik problemi kimi təqdim edir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquluyev bu gün keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Əliquluyev qeyd edib ki, Azərbaycan alimləri üzərlərinə düşən məsuliyyəti daha ciddi şəkildə dərk etməli, elmi mühitdə sistemli islahatlar aparılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan elmi “mürəkkəb ekosistem” və “mürəkkəb mühit” kimi qiymətləndirilməli, idarəetmə və maliyyələşmə modelləri yenilənməlidir.
Akademik xüsusilə elmin ölkə səviyyəsində idarə olunması və maliyyələşdirilməsini əsas problemlər sırasında göstərib.
O vurğulayıb ki, yaradıcı alimlərin əməkhaqqı “başqa formada hesablanmalı”, elmi müəssisələrin isə özünü maliyyələşdirmə imkanları formalaşdırılmalıdır.
Rasim Əliquluyev çıxışını “Azərbaycan elminin qarşısında çox ciddi problemlər var” fikri ilə yekunlaşdıraraq mövcud vəziyyətin uzunmüddətli struktur dəyişiklikləri tələb etdiyini bildirib.
Gülnar Nazimqızı