• $
  • €
  • ₽
  • ₺
  • £

9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru yoxdur

9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru yoxdur
19.12.2013 20:45
“Bu gün ölkə başçısını və elmi ictimaiyyəti narahat edən məsələ onların elmi-pedaqoji kadrların yaş həddidir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya”da da qeyd olunub ki, respublika üzrə elmlər doktorlarının və elmlər namizədlərinin yaş hədləri dünya elmi ilə müqayisədə Azərbaycan elmində təhlükəli həddə gəlib çatan qocalma tendensiyalarından xəbər verir”.APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib.O bildirib ki, statistik rəqəmlərin təhlili maraqlı nəticələri ortaya çıxarıb. Nazir müavinin sözlərinə görə, keçən il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru olmayıb, fəlsəfə doktorlarının sayı isə cəmi 46 nəfər (0,48%) olub. C.Bayramov qeyd edib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir: “Doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali məktəblərdə bir sıra tədbirlər həyata keçirilir. Gələcəkdə daha gənc insanların elmə gəlməsi üçün mühüm işlər görülməlidir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol