Cloudflarein işində problem yaranıb - ETX
Bu gün Cloudflarein qlobal infrastrukturunda baş verən fasilələr nəticəsində Azərbaycanda şirkətin xidmətindən istifadə edən bir çox veb sayt müvəqqəti olaraq əlçatmaz olub. Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumat yayıb.
Dayanmalara səbəb kimi son günlər Aisuru botnet tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını Cloudflarein dəf etməsi zamanı yaranan əlavə yük göstərilir.
Hücumlar neytrallaşdırılsa da, qlobal trafikdəki dalğalanmalar bəzi lokal resurslarda qısamüddətli əlçatmazlığa səbəb olub. Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.
Aytac
Son xəbərlər