• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycan 2028-ci ilə qədər süni intellekt üçün normativ baza və texniki standartlar hazırlayır

Azərbaycan 2028-ci ilə qədər süni intellekt üçün normativ baza və texniki standartlar hazırlayır
08.12.2025 16:11

Azərbaycan 2028-ci ilə qədər süni intellektin (Sİ) tətbiqi və idarə olunmasına dair xüsusi proqramlar, normativ tənzimləmələr və texniki standartlar hazırlayır. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Saməddin Əsədov  Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

Əsədovun sözlərinə görə, Sİ ekosistemi dörd əsas mərhələdən ibarətdir: idarəetmə çərçivəsinin qurulması, məlumatın keyfiyyətinin artırılması, insan resurslarının hazırlanması və geniş tətbiq mərhələsi. O bildirib ki, hazırda dünyada təxminən 50 ölkənin Sİ strategiyası mövcuddur və onların hamısında ən kritik məsələ məlumatın mövcudluğu və düzgün işlənməsidir.

Nazir müavini qeyd edib ki, süni intellektin inkişafı üçün güclü infrastruktur və böyük həcmli data tələb olunur, lakin prosesin 70 faizi insan amilindən asılıdır — xüsusən də bu sistemləri idarə və təkmilləşdirə biləcək mütəxəssislərdən.

O əlavə edib ki, Azərbaycan Sİ üzrə milli strategiyanın icrası üçün hüquqi baza, texniki standartlar və təhlükəsizlik tələbləri üzərində paralel işləyir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol