Azərbaycan COVID-19 dövründə distant iş təcrübəsini təkmilləşdirir - Nazir müavini
COVID-19 pandemiyası dövründə Azərbaycan dövlət idarələrində distant iş rejimi kəskin aktuallaşıb və yeni çağırışlar yaradıb. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yeni yanaşma dövlət və özəl sektor əməkdaşları üçün həm işin effektivliyini, həm də əmək hüquqlarının qorunmasını təmin edir.
Gülnar Nazimqızı