Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 6,75%-ə azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini 7%-dən 6,75%-ə azaldıb. Qurumun açıqlamasına görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% olaraq müəyyən edilib.
AMB bildirir ki, qərar inflyasiyanın hədəf diapazonunda saxlanması, pul bazarında tarazlığın qorunması və bank sektorundakı likvidlik proseslərinin tənzimlənməsi məqsədi daşıyır.
Tənzimləyici qeyd edib ki, makroiqtisadi sabitlik və qiymətlərin sabitliyi üçün ehtiyatlı monetar siyasət davam etdiriləcək.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb























