Azərbaycanda sərnişin daşımaları 5,6% artıb
Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar–noyabr aylarında 217,9 milyon ton yük və 1 milyard 974,4 milyon sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşımaları 2,0%, sərnişin daşımaları isə 5,6% artıb.
Daşınan yüklərin əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb — 61,7%.
Boru kəməri nəqliyyatı 27,3%, dəmir yolu 7,0%, dəniz nəqliyyatı 3,8%, hava nəqliyyatı isə 0,2% payla təmsil olunub.
Sərnişin daşımalarında da avtomobil nəqliyyatı üstünlük təşkil edib — 89,0%.
Metro nəqliyyatı 10,4% payla ikinci yerdə qərarlaşıb, qalan sərnişinlər isə digər nəqliyyat növləri ilə daşınıb.
Gülnar