• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Azərbaycanda dini düşüncə və təhsil bir-birini təkzib etmir - Vəfa Yaqublu

Azərbaycanda dini düşüncə və təhsil bir-birini təkzib etmir - Vəfa Yaqublu
15.12.2025 11:56

Din və dünyagörüşü bir-birini təkzib etmir və gənc nəslin tərbiyəsində bu iki amil birgə nəzərə alınmalıdır. Bunu Bakıda keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu çıxış edərək bildirib. 

Yaqublunun sözlərinə görə, din vaxtilə Azərbaycan təhsilinin inkişafına töhfə verib.

 “Bizim məktəblərin rüşeymi Zərdüştlüyün təsiri ilə yaranıb və bu təsir altında ölkədə təhsil mədəniyyəti formalaşıb", - o deyib. 

O əlavə edib ki, məktəblərdə faktların öyrədilməsi ilə yanaşı, onların daşıdığı dəyərlər də gənclərə çatdırılmalıdır.

Direktor müavini vurğulayıb ki, dini düşüncəyə xurafat kimi yox, sosioloji elm kimi yanaşmaq lazımdır və bu sahədə təbliğatı mollalar yox, sosioloq-dinşünaslar həyata keçirməlidir.

Konfransda müzakirə olunan əsas mövzu gənc nəsilin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və müasir pedaqoji təlim modelləri olub.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:30
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
Cəmiyyət 15:15
Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 13:22
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:51
Sabahın hava proqnozu
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Cəmiyyət 11:08
Ağsuda yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Zaqatalada mehmanxanada yanğın olub
Cəmiyyət 09:02
Zaqatalada mehmanxanada yanğın olub
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol