• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
15.12.2025 12:34

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Cəmiyyət 19:30
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Cəmiyyət 18:00
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 17:30
Bakıda mənzildə meyit tapılıb
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Cəmiyyət 16:44
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 16:34
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:27
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Cəmiyyət 16:18
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 15:30
Bakıda mənzildə meyit tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol