• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Deputat jurnalistlərin amnistiya aktı ilə azadlığa çıxmasını istəyir - Video

Deputat jurnalistlərin amnistiya aktı ilə azadlığa çıxmasını istəyir - Video
16.12.2025 11:10

Həbsdə olan jurnalistlərin də amnistiya aktı çərçivəsində azadlığa buraxılması məqsədəuyğun olar. Bunu Milli Məclisin deputatı Aqil Abbas dekabrın 16-da parlamentin plenar iclasında çıxışı zamanı danışıb.

Abbas qeyd edib ki, Prezidentin amnistiya təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək və mühüm humanist addımdır.

“Arzu edirəm ki, amnistiya aktı jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, amma düşünürəm ki, onları da bağışlamaq olar”, – deputat deyib.

Dekabrın 15-də Prezident İlham Əliyev humanizm və mərhəmət prinsiplərini əsas götürərək Azərbaycanda 20 mindən çox şəxslə bağlı amnistiya elan edilməsi təşəbbüsü irəli sürüb.

Proqnozlara görə, amnistiya çərçivəsində 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya şərti cəzalardan azad olunacaq. Bundan əlavə, mindən çox şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Maskatda Sultan Opera Evində
Cəmiyyət 18:24
Leyla Əliyeva Maskatda Sultan Opera Evində
Bəzi yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 17:03
Bəzi yollar buz bağlayacaq - Xəbərdarlıq
Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Cəmiyyət 16:09
Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Cəmiyyət 15:57
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Salyanda 11 yaşlı uşaq xəstəxanada inyeksiyadan sonra ölüb
Cəmiyyət 15:50
Salyanda 11 yaşlı uşaq xəstəxanada inyeksiyadan sonra ölüb
Bayam günlərində Bakıda necə qəza baş verib? - Açıqlama
Cəmiyyət 15:29
Bayam günlərində Bakıda necə qəza baş verib? - Açıqlama
Ötən il nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
Cəmiyyət 15:12
Ötən il nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
Dekabrda Azərbaycanda 25 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:04
Dekabrda Azərbaycanda 25 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb
Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət qeydə alınıb
Cəmiyyət 14:47
Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol