• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bizim üçün həbsdə olan jurnalist və siyasətçi yoxdur - Bəhruz Məhərrəmov/Video

Bizim üçün həbsdə olan jurnalist və siyasətçi yoxdur - Bəhruz Məhərrəmov/Video
16.12.2025 11:33

Hazırda həbsdə olan şəxslər arasında jurnalist və ya sıravi siyasətçi yoxdur, yalnız dövlət hakimiyyətinə qarşı əməllərdə təqsirləndirilən və vətənin maraqlarını nəzərə almayan şəxslər var. Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dekabrın 16-da parlamentdə çıxışı zamanı deyib. 

O vurğulayıb ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.

"Bu gün bizim üçün həbsdə nə jurnalist yoxdur nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir", - o bildirib. 

Deputat həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən elan edilən son amnistiya təşəbbüsü dövlətin vətəndaşına, o cümlədən yolunu azmış şəxslərə də sahib çıxmaq qabiliyyətini nümayiş etdirir və kənar, saxta hüquq müdafiə təşəbbüslərinə ehtiyac olmadığını göstərir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazidə qaz kəsiləcək
Cəmiyyət 18:39
Sabah bu ərazidə qaz kəsiləcək
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 18:04
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Cəmiyyət 18:00
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Cəmiyyət 17:33
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər - Deputat
Cəmiyyət 17:30
Zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər - Deputat
Elektron siqaretlərə nəzarət və qadağalar gücləndirilməlidir - Deputatlardan təklif
Cəmiyyət 16:07
Elektron siqaretlərə nəzarət və qadağalar gücləndirilməlidir - Deputatlardan təklif
Böyüklərlə müqayisədə yeniyetmələr 9 dəfə çox elektron siqaretdən istifadə edir - AQTA
Cəmiyyət 15:58
Böyüklərlə müqayisədə yeniyetmələr 9 dəfə çox elektron siqaretdən istifadə edir - AQTA
Dünyada ən azı 46 ölkə elektron siqaretdən imtina edib
Cəmiyyət 15:53
Dünyada ən azı 46 ölkə elektron siqaretdən imtina edib
Mahruzlu kəndində tikilən uşaq bağçası gələn il açılacaq
Cəmiyyət 15:43
Mahruzlu kəndində tikilən uşaq bağçası gələn il açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol