• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq

Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
16.12.2025 17:33

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

AZAL-dan verilən məlumata görə, görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədə bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə “Wizz Air” aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən “Wizz Air” aviaşirkəti tərəfindən icrası planlaşdırılır.

AZAL-ın prezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.

Öz növbəsində səfir Elçin Qasımov Slovakiya tərəfinin birbaşa aviareysin açılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən “Wizz Air” aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malik olduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığını diqqətə çatdırıb.

Son illər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərək Avropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən 40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühüm mövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkət parkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağa qənaətcil “Airbus” və “Boeing” təyyarələri ilə donanmasını gücləndirir ki, bu da əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazidə qaz kəsiləcək
Cəmiyyət 18:39
Sabah bu ərazidə qaz kəsiləcək
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 18:04
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Cəmiyyət 18:00
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Cəmiyyət 17:33
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər - Deputat
Cəmiyyət 17:30
Zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər - Deputat
Elektron siqaretlərə nəzarət və qadağalar gücləndirilməlidir - Deputatlardan təklif
Cəmiyyət 16:07
Elektron siqaretlərə nəzarət və qadağalar gücləndirilməlidir - Deputatlardan təklif
Böyüklərlə müqayisədə yeniyetmələr 9 dəfə çox elektron siqaretdən istifadə edir - AQTA
Cəmiyyət 15:58
Böyüklərlə müqayisədə yeniyetmələr 9 dəfə çox elektron siqaretdən istifadə edir - AQTA
Dünyada ən azı 46 ölkə elektron siqaretdən imtina edib
Cəmiyyət 15:53
Dünyada ən azı 46 ölkə elektron siqaretdən imtina edib
Mahruzlu kəndində tikilən uşaq bağçası gələn il açılacaq
Cəmiyyət 15:43
Mahruzlu kəndində tikilən uşaq bağçası gələn il açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol