• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

“Bibiheybət” Gəmi Təmir Zavodu bağlanığı üçün işçilər etiraz edir - Video

“Bibiheybət” Gəmi Təmir Zavodu bağlanığı üçün işçilər etiraz edir - Video
17.12.2025 16:59

“Bibiheybət” Gəmi Təmir Zavodunun (GTZ) işçiləri müəssisənin bağlanması ilə bağlı zavodun binası qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar zavodun əsassız bağlandığını və işlə təmin olunmadıqlarını bildiriblər.

İşçilərin sözlərinə görə, zavoddan köçürülmələrinin səbəbi onlara aydın izah olunmur. Zavodda 814 nəfərin çalışdığı, əməkdaşların əksəriyyətinin 55 yaşdan yuxarı olduğu və bu yaşda yeni iş tapmağın çətinləşdiyi vurğulanıb.

Etirazçılar bildiriblər ki, zavod bağlanarsa, alternativ iş yerləri ilə təmin olunmalıdırlar.

“Bizi bu zavoddan köçürtmək istəyirlər. Real olaraq nəyə görə köçürüləcəyimiz deyilmir. Adını qoyublar ki, rentabellik işləmir. Bu zavodda 814 nəfər çalışır. İnsanların çoxunun bank kreditləri var. Əgər zavod sökülürsə, bizə alternativ iş yeri verilməlidir. Bizi 5–10 nəfərlik qruplara bölürlər. Yaşımız elə bir dövrdür ki, 55 yaşdan yuxarı insanlarıq. Bu halda iş tapmaq çox çətin olacaq”, – işçilərdən biri  Nazim İsmayılov deyib.

ASCO isə açıqlamasında bildirib ki, son illərdə bir sıra gəmilərin faydalı istismar müddətini başa vurması və müştəri olmaması səbəbilə istismardan çıxarılması nəticəsində balansdakı gəmi sayı azalır. Bu isə təmir işlərinə tələbatın aşağı düşməsinə gətirib çıxarır.

Şirkətin məlumatına görə, ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının optimallaşdırılması zərurəti yaranıb. Hazırda ölkədə dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodu fəaliyyət göstərir və onların əsas sifarişçisi ASCO-dur. Aparılan təhlillər nəticəsində uzunmüddətli təmir tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna son illər əhəmiyyətli investisiyalar qoyulması, “Bibiheybət” GTZ-də isə əlavə kapital qoyuluşlarına ehtiyacın olması, eləcə də Bakı Gəmiqayırma Zavodunun müasir imkanları nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi optimal variant hesab olunub.

ASCO vurğulayıb ki, proses zamanı heç bir işçi ixtisara məruz qalmayacaq, əməkdaşların hüquqları qorunacaq və bütün addımlar şəffaf şəkildə həyata keçiriləcək. Şirkət rəhbərliyinin işçilərlə görüş keçirdiyi və onların narahatlıqlarının dinlənildiyi də bildirilib.

“Bibiheybət” Gəmi Təmiri Zavodu ASCO strukturu daxilində uzun illərdir fəaliyyət göstərir. Zavodun direktoru direktoru 2009-cu ildən Nəsib Qəhrəmanovdur.

Gülnar Nazimqızı 

 

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edilib
Cəmiyyət 23:51
Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edilib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 21:39
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib
Cəmiyyət 21:22
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib
Cəmiyyət 21:09
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib
Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:31
Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur
Cəmiyyət 18:28
525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur
“Memar Əcəmi” stansiyasının ikinci keçidi müvəqqəti bağlanacaq
Cəmiyyət 17:48
“Memar Əcəmi” stansiyasının ikinci keçidi müvəqqəti bağlanacaq
Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib
Cəmiyyət 17:31
Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib
Azərbaycanda aksiz markasız tütün qaçaqmalçılığı ilə bağlı sabiq sərhədçi saxlanılıb
Cəmiyyət 17:15
Azərbaycanda aksiz markasız tütün qaçaqmalçılığı ilə bağlı sabiq sərhədçi saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol