Ağdamda mülki şəxs minaya düşüb
Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.
Kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Son xəbərlər
Daha çox