Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı
Bakıda məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, “Snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar aparılır.
Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.
Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.
Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir.
Son xəbərlər
Daha çox