Masazırın bəzi ərazilərində 5 saatlıq elektrik fasiləsi olacaq
Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, fasilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyanın 10 kV-luq bölməsində aparılacaq təmir işləri ilə əlaqədardır.
Saat 10:00-dan 15:00-dək Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, həmçinin “Qurtuluş 93”, “Yeni Bakı”, “Nahid” və “Abşeron Gənclər Şəhərciyi” MTK-larında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Şirkət bildirib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.