Qazaxda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var
Qazax rayonunda avtomobil hasara çırpılıb.
"Report"un məlumatına görə, hadisə Dəmirçilər kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.