Ruslan Eyyubovun həbs edildiyi deyilir
Azərbaycanda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. Bu barədə Qafqazinfo məlumat yayıb.
Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq çərçivəsində Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəhbəri Rəşad Daşdəmirov və digər şəxslər də daha əvvəl saxlanılıb. Limanın Ruslan Eyyubova məxsus olduğu bildirilir.
Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin vəzifəsindən azad edilmiş sabiq rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. O, həmçinin kimya sənayesi sahəsində fəaliyyət göstərən “NB Qrup” şirkətinin rəhbəridir.